"Putin hələ də Ukraynanın böyük hissəsini tutmaq istəyir"- Pentaqon

   "Putin hələ də Ukraynanın böyük hissəsini tutmaq istəyir"-    Pentaqon
  14 İyun 2022    Oxunub:1287
Rusiya prezidenti Vladimir Putin, yəqin ki, hələ də bütün ölkəni olmasa belə Ukraynanın böyük hissəsini ələ keçirmək istəyir. AzVision.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
"ABŞ Kiyevə daha çox silah verəcək" - The Washington Post
Sayt məqalədə Amerika Birləşmiş Ştatlarının müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Kouldan sitat gətirib.

Yeni Amerika Təhlükəsizliyi Mərkəzinin təşkil etdiyi tədbirdə danışan Koul, Rusiya prezidentinin müharibədə taktiki məqsədlərini daraltmaq məcburiyyətində qaldığını deyib.

- Mən hələ də belə hesab edirəm ki, onun Ukraynanın böyük bir hissəsi ilə bağlı planları var. Bununla belə, Putinin bu məqsədlərə nail ola biləcəyini düşünmürəm, - müdafiə nazirinin müavini deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Putin   Ukrayna   ABŞ  



Xəbər lenti