BMT Baş Assambleyasının sədri Azərbaycanla bağlı paylaşım

         BMT Baş Assambleyasının sədri Azərbaycanla bağlı paylaşım
  15 İyun 2022    Oxunub:1424
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 76-cı sessiyasının sədri Abdulla Şahid Tvitterdə Azərbaycanla bağlı paylaşım edib. AzVision.az xəbər verir ki, o, ölkəmizə reallaşdırdığı səfərini olduqca məhsuldar adlandırıb.
“Olduqca məhsuldar səfərdən sonra Bakıdan ayrılırıq”, - Şahid sosial şəbəkədə yazıb.

Baş Assambleyasının 76-cı sessiyasının sədri lütfkar dəvətə və səxavətli qonaqpərvərliyə görə Azərbaycan Prezidentinə, eləcə də xarici işlər naziri Ceyhun Bayramova və XİN rəhbərinin müavini Elnur Məmmədova, habelə beynəlxalq təşkilatın Azərbaycandakı nümayəndəliyinə təşəkkür edib.

AzVision.az



Teqlər: BMT   Səfər  



Xəbər lenti