Ukrayna NATO silahları ilə təmin ediləcək
Alyansın baş katibi qeyd edib ki, müttəfiqlər Ukraynanı ağır silahlar və uzaq mənzilli sistemlərlə təchiz etməyə davam edəcəklər.
"Bu addımlar zaman tələb edir. Ona görə də bugünkü kimi bir görüşün olması vacibdir", - Stoltenberq əlavə edib.
Onun sözlərinə görə, yeni yardım paketi ukraynalılara sovet tipli texnikadan daha müasir NATO standartlı silahlara keçməyə imkan verəcək.
Qeyd edək ki, bu gün NATO və digər ölkələrin müdafiə nazirləri Brüsseldə Ukraynaya hərbi yardımı müzakirə edəcəklər.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


