“Sürüşmənin səbəbi kanalizasiyasız evlərdir”

“Sürüşmənin səbəbi kanalizasiyasız evlərdir”
  05 Aprel 2013    Oxunub:1343
“Masazırda təpənin, yüksəkliyin üstündə evlər yamaca qədər tikilib. Ərazidə kanalizasiya sistemi yoxdur”.
AzVision.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Masazırdakı sürüşmə hadisələrinə münasibət bildirərkən deyib.

O, bildirib ki, Masazırda evlərin tikilməsi sürüşmələrin baş verməsində antropogen hadisələri genişləndirir:

“Yamacların kənarında evlərin tikilməsi sürüşmələrə gətirib çıxarır. Ona görə də, ev tikilən zaman mütləq həmin ərazinin geoloji ekspertizası aparılmaldır. Belə olduğu təqdirdə, gələcəkdə sürüşmə hadisələrinin qarşısı alına bilər " - nazir vurğulayıb.

AzVision.az



Teqlər:  





Xəbər lenti