Makron, Şolz və Draqi Ukraynaya gəliblər

   Makron, Şolz və Draqi Ukraynaya gəliblər
  16 İyun 2022    Oxunub:931
İtaliyanın baş naziri Mario Draqi, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolz Ukraynaya gediblər. AzVision.az xəbər verir ki, bu barədə RaiNews24 telekanalı məlumat yayıb.
Qeyd edilir ki, onlar Kiyevə qatarla gəliblər. Sosial şəbəkələrdə isə qatarda masa arxasında qeyri-rəsmi ünsiyyət quran liderlərin ​​fotoşəkili trendə çevrilib.

İtaliyanın gündəlik “La Repubblica” qəzetinin yazdığına görə, siyasətçilər Polşada qatara miniblər.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna  



Xəbər lenti