"Putin Ukraynadakı qoşunların say üstünlüyünü saxlaya bilmədi"- “Foreign Policy”

   "Putin Ukraynadakı qoşunların say üstünlüyünü saxlaya bilmədi"-    “Foreign Policy”
  16 İyun 2022    Oxunub:1284
Rusiyanın müstəqil Ukrayna ərazisinə genişmiqyaslı hərbi müdaxiləsinin dördüncü ayında işğalçı ölkənin özü ordusunun Ukrayna Silahlı Qüvvələri üzərində kəmiyyət üstünlüyünü sıfırladı.
"Azot" ruslar üçün ikinci "Azovstal" olacaq" - Britaniya kəşfiyyatı
AzVision.az xəbər verir ki, bu barədə “Foreign Policy” yazıb.

Nəşr yazır ki, prezident Vladimir Putinin Rusiyada səfərbərlik elan etmək və işğal prosesini “xüsusi əməliyyat” deyil, müharibə adlandırmaq istəməməsi təcavüzkarı döyüş meydanında üstünlüklərdən məhrum edir.

Potensial səfərbərlik Rusiyaya eyni anda minlərlə əsgəri döyüş meydanına çıxarmağa imkan verər. ABŞ rəsmiləri isə düşünürlər ki, Putin ordusunun real itkilərini etiraf etməklə siyasi reputasiyasını risk altına almaq istəmir.

- Donbasda aylarla davam edən döyüşlərdə rus qoşunlarının sayı hər zaman Ukrayna qüvvələrini 3 dəfədən çox üstələyib. Kreml Luqansk bölgəsinin böyük hissəsini ələ keçirdi və bu, müharibənin sürətində dəyişiklik kimi görünürdü. Lakin cəbhəyə əlavə olaraq çağırışçılardan ibarət qoşun qüvvələrinin göndərilməsindən imtina edilməsi Rusiyanın üstünlüklərini puça çıxarır, - müəllif yazıb.

Ordunun verdiyi itkilərin əvəzinə döyüşlərə gizli şəkildə əsgərlərin cəlb edilməsi prosesi hələ də davam edir. Lakin, bir qayda olaraq bu sistem uğur qazandırmır. Avropa təhlükəsizlik strukturunun xarici siyasət üzrə əməkdaşı isə nəşrə açıqlamasında Murmansk vilayətində bu cür gizli səfərbərlik kampaniyasının uğursuzluqla nəticələndiyini deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Putin   Ukrayna   Rusiya  



Xəbər lenti