"Qərb Qarabağ məsələsində həmsədrlər səviyyəsində fəaliyyəti dayandırıb"
- Bu gün biz bu məntiqin dəyişdiyini görürük. ATƏT-in Minsk Qrupu həmsədrlər səviyyəsində fəaliyyət göstərməyi dayandırıb. Qərb Rusiya ilə işləmək istəmir, bir çox sahələrdə stiqmatlaşma var. Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi üçün yeni format - Brüssel formatı yaranıb, - Markedonov Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan liderləri arasında keçirilən görüşləri nəzərdə tutaraq deyib.
Markedonov onu da diqqət çəkən məqam kimi vurğulayıb ki, paradoksal olaraq, Mişelin dediyi hər şey Moskva tərəfindən rədd edilmir.
Situasiyanın gələcək inkişafı perspektivlərinə toxunan politoloq qeyd edib ki, Qarabağ nizamlanmasında çox şey fonda görünən faktorlardan asılıdır. Bunlar Suriya istiqamətindəki dinamika, Rusiya ilə Türkiyənin razılaşıb-razılaşmamasıdır. Bu kontekstdə Rusiya və Türkiyə üçün əsas məsələ açıq münaqişəyə girməməkdir.
Markedonov əmindir ki, bu qarşıdurma baş verəcəyi təqdirdə, bir çox fikir ayrılıqlarına baxmayaraq, Qərb birmənalı olaraq Türkiyəni dəstəkləyəcək.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


