Rumıniya prezidenti Kiyevə gəlib

   Rumıniya prezidenti Kiyevə gəlib
  16 İyun 2022    Oxunub:1560
Rumıniya prezidenti Klaus Yohannis Kiyevə səfər edib. AzVision.az xəbər verir ki, bu barədə o, Twitter-də məlumat yayıb.
Makron, Şolz və Draqi Ukraynaya gəliblər
- Bu gün mən avropalı həmkarlarım, kansler Olaf Şolz, prezident Emmanuel Makron və baş nazir Mario Draqi ilə birlikdə Kiyevdəyəm. Prezident Vladimir Zelenskiyə, Ukrayna xalqına güclü dəstəyimizi və tam həmrəyliyimizi nümayiş etdirirəm. Rusiyanın bu qanunsuz təcavüzü dayandırılmalıdır! – Rumıniya lideri yazıb.

Qeyd edək ki, bu gün İtaliyanın baş naziri Mario Draqi, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolz da gözlənilmədən Ukraynaya gediblər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Kiyev   Rusiya   Rumıniya  



Xəbər lenti