Kiyevə helikopterlər və "Qrad" sursatları verilib

 Kiyevə helikopterlər və "Qrad" sursatları verilib
  16 İyun 2022    Oxunub:1459
Slovakiya Ukraynaya 5 helikopter və sursat bağışlayıb. AzVision.azxəbər verir ki, bu barədə xarici KİV müdafiə naziri Yaroslav Nadyaya istinadən məlumat yayıb.
Bratislavanın Kiyevə 4 Mi-17 helikopteri və 1 Mi-2 helikopteri, həmçinin “Qrad” sistemi üçün sursat təhvil verdiyi bildirilir.

Nazirin sözlərinə görə, Ukraynaya göndərilən helikopterlər artıq ölkənin hərbi hava qüvvələrinin tərkibindən çıxarılıb və onların yerinə daha müasir UH-60M Black Hawk helikopterləri gətirilib.

AzVision.az



Teqlər: Ukrayna   Helikopter  



Xəbər lenti