Patriarx Kirillə qarşı da sanksiya tətbiq edildi

   Patriarx Kirillə qarşı da sanksiya tətbiq edildi
  16 İyun 2022    Oxunub:1701
Böyük Britaniya Moskva və bütün Rusiya Patriarxı Kirillə sanksiya tətbiq edib. AzVision.az xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.
Onun Ukraynadakı müharibəni dəstəklədiyi üçün sanksiya siyahısına daxil edildiyi qeyd edilir.

Bundan başqa Britaniya hökumətinin sanksiyalar siyahısında Rusiya Prezidenti yanında Uşaq hüquqları üzrə səlahiyyətli Mariya Lvov-Belova, Moskva şəhər dumasının deputatı Sergey Savostyanov və “Volqa Dnepr” qrupu Direktorlar Şurasının başçısı Aleksey İsaykin da adı salınıb.

AzVision.az



Teqlər:



Xəbər lenti