"Fransa Kiyevin Krımı qaytarmasını istəyir" - CNN

 "Fransa Kiyevin Krımı qaytarmasını istəyir" -  CNN
  16 İyun 2022    Oxunub:1162
Fransa Rusiya üzərində hərbi qələbənin bir hissəsi kimi Ukraynanın Krıma nəzarəti bərpa etməsini istəyir. AzVision.az xəbər verir ki, bu barədə CNN-ə Fransanın diplomatik mənbəsi məlumat verib.
Qeyd edilir ki, məlum bəyanat bu gün Fransa, Almaniya və İtaliya liderlərinin Kiyevə səfəri zamanı verilib.

- Biz Krım da daxil olmaqla, ruslar tərəfindən işğal olunmuş bütün torpaqlarda ərazi bütövlüyünün bərpası ilə vahid qələbənin tərəfdarıyıq, - Fransa rəsmisi deyib.

“Hamımızın təhlükəsizliyi təhlükə altındadır” deyən həmin şəxs, fikirlərionə onu da əlavə edib ki, Ukraynanın “hərbi qələbəsi Zelenski tərəfindən müəyyən edilməlidir”.

AzVision.az



Teqlər:



Xəbər lenti