Müharibə nəticəsində Ukraynada 4481 dinc sakin həlak olub - BMT

   Müharibə nəticəsində Ukraynada 4481 dinc sakin həlak olub -    BMT
  16 İyun 2022    Oxunub:1031
Fevralın 24-dən başlayan Rusiyanın tammiqyaslı işğalı nəticəsində Ukrayna vətəndaşlarının 4481-i ölüb və 5565 nəfəri yaralanıb.
AzVision.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı (OHCHR) məlumat yayıb. Bildirilib ki, ölənlərdən 1739-u kişi, 1159-u qadın, 119-u qız və 125-i oğlandır. Eyni zamanda müharibə qurbanlarından cinsiyyəti hələlik məlum olmayan 40 uşaq və 1299 böyük də var. Bundan başqa, bu dövrdə 1133 kişi, 788 qadın, 125 qız, 164 oğlan, o cümlədən
cinsiyyəti məlum olmayan 173 uşaq və 3182 böyük yaralanıb.

Məlumatda bildirilib ki, ölənlərin və yaralananların əksəriyyətinə geniş mənzilli döyüş sursatlarının və partlayıcı maddələrin, o cümlədən ağır artilleriya və çoxsaylı raket hücumları, həmçinin raket və hava zərbələrinin olduğu ərazilərdə olub.

AzVision.az



Teqlər:



Xəbər lenti