"Elə bir lider yoxdur ki, Putini müharibəni dayandırmağa məcbur etsin" - Zelenski

   "Elə bir lider yoxdur ki, Putini müharibəni dayandırmağa məcbur etsin" -    Zelenski
  16 İyun 2022    Oxunub:1389
"Rusiya prezidenti Vladimir Putin qərar verməzdən əvvəl onun nəticələrini düşünmür". AzVision.az RBC-Ukraynaya istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.
“Rusiya Federasiyasının prezidentinin nəsə eşitməyə hazır olduğuna əmin deyiləm, mənə elə gəlir ki, o, qərar qəbul edən və sonra kiminləsə danışan mərhələdədir.

Qərarlar məhz bu ardıcıllıqla verilir: müzakirə etməmək, əvvəlcə hərəkətə keçmək, sonra isə düşünmək. Bu qaydada müharibəni bitirmək və ya müharibəni bitirmək istəmək mümkün deyil”, - deyə Zelenski bildirib.

Onun sözlərinə görə, indi dünyada elə bir lider yoxdur ki, Putinlə fikir mübadiləsi aparıb onu Ukraynada müharibəni dayandırmağa məcbur etsin.

"Yalnız kollektiv şəkildə, yalnız birləşməklə Rusiya Federasiyasını dayandıracaq güclü qüvvə olacaq", - Zelenski bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti