KTMT Təhlükəsizlik Şurası Katibləri İrəvana toplaşıb

   KTMT Təhlükəsizlik Şurası Katibləri İrəvana toplaşıb
  17 İyun 2022    Oxunub:895
İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin Təhlükəsizlik Şuraları katiblərinin iclası keçirilir. AzVision.az xəbər verir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Kollektiv Təhlükəsizlik Müqaviləsinin imzalanmasının 30-cu ildönümü münasibətilə həmkarlarını təbrik edərək, bu yubileyin hərbi-siyasi strukturun gələcək inkişafı baxımından mühüm mərhələ olduğunu deyib.
Tədbirdə KTMT-nin baş katibi Stanislav Zas da iştirak edir. İclasda “KTMT-yə üzv dövlətlərin təhlükəsizliyinə çağırışların və təhdidlərin neytrallaşdırılması tədbirləri”nin müzakirəsi planlaşdırılır. Məsul şəxslərər Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin təsdiq etməsi üçün 2023-cü il üçün KTMT-nin kollektiv təhlükəsizlik sisteminin qüvvə və vasitələrinin komandanlıq-nəzarət orqanlarının və birləşmələrinin birgə hazırlığı Planı və bir sıra digər sənədlər təqdim olunacaq.

Tural Tağıyev
AzVision.az



Teqlər: KTMT   İrəvan  



Xəbər lenti