"Rus qoşunları Xersonda xeyli itki verib" - Ukrayna Ordusu

   "Rus qoşunları Xersonda xeyli itki verib" -    Ukrayna Ordusu
  17 İyun 2022    Oxunub:886
Rusiya qoşunları Xerson vilayətində xeyli itki verib. AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Ağac hündürlüyündə uçan helikopteri külə döndərdilər- VİDEO
"Düşmən canlı qüvvə, silah və texnika itkiləri verməkdə davam edir. Gün ərzində Donetsk vilayətində Ukrayna Silahlı Qüvvələrinin ərazi müdafiəsinin əsgərləri Mi-35M helikopterini vurublar. Zaporojyedə də uğurlar var. Xerson vilayətində düşmən canlı qüvvədə xeyli itki verib, - məlumatda deyilir.

Qeyd edilir ki, Ukrayna aviasiyası Xerson vilayətinin Xerson, Kaxov və Berislav bölgələrində rusların mövqelərinə uğurlu zərbələr endirib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya  



Xəbər lenti