"Azercell"dən metroda güzəşt kampaniyası

"Azercell"dən metroda güzəşt kampaniyası
  17 İyun 2022    Oxunub:1007
“Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə sadiq qalan Azercell, rəqəmsal dünyanın hədsiz imkanlarını abunəçiləri üçün daha yaxın etmək məqsədilə xüsusi kampaniyaya başlayır. Belə ki, 15 iyun 2022-ci il tarixindən etibarən Azercell abunəçiləri 0.59 AZN ödəməklə 3GB həcmində yüksəksürətli 1 saatlıq internet paketi əldə edəcəklər. Kampaniyadan yararlanmaq üçün M açar sözünü 2525-ə göndərmək lazımdır.
Məlumat üçün bildirək ki, metronun 24 stansiyası və tunelləri Azercell-in 4G şəbəkəsi ilə əhatə edilib. Azercell abunəçiləri hətta qatarın hərəkətdə olduğu zaman da dayanmadan mobil internet xidmətlərindən istifadə edərək yazışa, videolar izləyə və musiqi dinləyə bilərlər.

Azercell-in yüksək keyfiyyətli 4G şəbəkəsi Neftçilər, Qara Qarayev, Koroğlu, Həzi Aslanov, Əhmədli, Xalqlar Dostluğu, Ulduz, Nəriman Nərimanov, Gənclik, 28 may, Nizami, Elmlər Akademiyası, İnşaatçılar, 20 yanvar, Memar Əcəmi, Memar Əcəmi 2 (Bənövşəyi xətt), Avtovağzal, Nəsimi, Azadlıq prospekti, Dərnəgül, Cəfər Cabbarlı, Xətai, Sahil və İçərişəhər stansiyalarında, eləcə də bu stansiyaların tunellərində aktivdir.
Kampaniya haqqında daha ətraflı məlumat üçün https://www.azercell.com/az/personal/campaigns/internet/metro-internet-pack.html səhifəsinə keçid etməyiniz xahiş edilir.


Teqlər: Azercell  





Xəbər lenti