Daha bir erməni generalı həbs edildi- Yararsız silah alırmış

      Daha bir erməni generalı həbs edildi-   Yararsız silah alırmış
  17 İyun 2022    Oxunub:2513
Ermənistan Silahlı Qüvvələrinin Raket Qoşunları və Artilleriya Departamentinin keçmiş rəisi, general-mayor Armen Arutyunyan həbs edilib. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Sarkisyan-Köçəryan cütlüyünün sevimli generalı niyə həbs edildi?
Qeyd edilir ki, general Milli Təhlükəsizlik Xidmətinin(MTX) İstintaq İdarəsi tərəfindən araşdırılan cinayət işi çərçivəsində saxlanılıb.

İstintaq müəyyən edib ki, Ermənistan Müdafiə Nazirliyi tərəfindən imzalanmış müqavilə əsasında tədarük olunan malların qəbulu üzrə komissiyanın sədri, təchizatçı şirkətin direktor müavini Armen Arutyunyan ilə Ermənistan Müdafiə Nazirliyindən xüsusilə külli məbləğdə maliyyə vəsaitini mənimsəmək məqsədilə Çexiya istehsalı olan bir milyon dollar dəyərində artilleriya sistemi alınıb. Halbuki onun qiyməti daha ucuz olub.
"O, təchizatçı şirkətin direktoru və sahibinin maraqlarından çıxış edib",- Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinin məlumatında deyilir.

Onun köməyi ilə kifayət qədər yüksək taktiki-texniki xüsusiyyətlərə malik olmayan Çexiya istehsalı artilleriya mərmilərinin tədarükçüsü olan şirkətə 523 milyon 89 min dram (1 milyon 83 min dollar-red.) ödənilib. Söhbət atış məsafəsinin qeyri-kafi olmasından və ballistik xüsusiyyətlərin Müdafiə Nazirliyinin tələblərinə uyğun gəlməməsindən gedir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   General   Həbs  





Xəbər lenti