İran PUA-sı ABŞ-ın Suriyadakı bazasını vurub

   İran PUA-sı  ABŞ-ın Suriyadakı bazasını vurub
  17 İyun 2022    Oxunub:1440
İrana məxsus Pilotsuz Uçuş Aparatı (PUA) Suriyanın Əl-Tənf şəhəri ilə sərhəddə yerləşən ABŞ hərbi bazası yaxınlığına zərbələr endirib. AzVision.az xəbər verir ki, bu barədə “Əl-Hədəs” məlumat yayıb.
Nəşrin məlumatına görə, zərbələr Vaşinqtonun dəstəklədiyi Suriya müxalifətinin silahlı birləşmələrinin Hoş əl-Matroudda yerləşən düşərgəsinə endirilib. Ölən və yaralananlar barədə məlumat verilmir.

Tural Tağıyev
AzVision.az



Teqlər: PUA   İran   ABŞ  



Xəbər lenti