"Rusiya ilə viza rejimi tətbiq edəcəyik" - Zelenski

 "Rusiya ilə viza rejimi tətbiq edəcəyik" -  Zelenski
  17 İyun 2022    Oxunub:1222
Ukrayna iyulun 1-dən Rusiya ilə viza rejimi tətbiq edəcək.AzVision.azxəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.
- Ukrayna Rusiya Federasiyası ilə viza rejimi tətbiq edir... Nazirlər Kabinetinin planlaşdırılan qərarına əsasən, 2022-ci il iyulun 1-dən Ukrayna Rusiya Federasiyası vətəndaşlarının ölkəyə girişi üçün viza rejimi tətbiq edəcək, - Zelenski Telegram kanalında yazıb.

Qeyd olunur ki, Nazirlər Kabineti cümə günü Ukrayna hökuməti ilə Rusiya Federasiyası hökuməti arasında iki ölkə vətəndaşlarının vizasız gediş-gəlişi və Ukrayna ilə Rusiya arasında bəzi beynəlxalq müqavilələrin tətbiqi haqqında sazişə xitam verilməsi barədə qərar verməlidir.

AzVision.az



Teqlər:



Xəbər lenti