“Narkomanlığa qarşı mübarizə Azərbaycanın vəzifəsidir”

“Narkomanlığa qarşı mübarizə Azərbaycanın vəzifəsidir”
  05 Aprel 2013    Oxunub:1462
Əli Həsənov Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsinin artma ehtimalının olduğunu bildirib.
“Narkomanlığa qarşı mübarizə dövlətin təkbaşına aparacağı iş deyil, bu, bütövlükdə Azərbaycan xalqının vəzifəsidir”. Bu sözləri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının bu gün keçirilən iclasında komissiya sədri, baş nazirin müavini Əli Həsənov bildirib. Onun sözlərinə görə, mətbuatın, din xadimlərinin, QHT-lərin bu sahədə kifayət qədər imkanları var: “Bütün imkanlar işə salınmalıdır, çünki Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsinin artma ehtimalı var”.

Əli Həsənov bildirib ki, ölkədə icra olunan tikinti layihələri günbəgün artması ölkəyə yük daşınmasını da artırır: “Azərbaycanda demək olar ki, hər gün beynəlxalq tədbirlər keçirilir, gəlib-gedən qonaqların da sayı artır. Ölkəyə gələn turistlər çoxalır. Bütün bunların hamısı beynəlxalq narkomafiyaya imkan yaradır, bu da Azərbaycana müxtəlif növ narkotik vasitələrin daşınmasını artırır”.

Baş nazirin müavini qeyd edib ki, Əfqanıstan-İran-Azərbaycan, Əfqanıstan- Pakistan-İran-Azərbaycan, Əfqanıstan-Orta Asiya-Azərbaycan marşrutları ilə və işğal altında olan ərazilərə Əfqanıstandan birbaşa İran vasitəsilə narkotiklər daşınır: “4 beynəlxalq marşrut vasitəsilə Azərbaycan ərazisindən narkotik vasitələr keçir. Son vaxtlar bu marşrutlarla daşınmaların həcmi artıb. Burada dünya erməni diasporunun əli var. Çünki ermənilər Azərbaycan torpaqlarını işğal etməklə, ideoloji müharibə aparmaqla kifayətlənməyərək, bizim genefondumuzu, gələcəyimizi korlamaqla məşğuldur”. Onun fikrincə, məhz buna görə bütün ictimaiyyət narkomaniya probleminin həllinə qoşulmalıdır.



Teqlər:  





Xəbər lenti