“Eurovision-2023” Ukraynada keçirilməyəcək

 “Eurovision-2023” Ukraynada keçirilməyəcək
  17 İyun 2022    Oxunub:1326
“Eurovision” beynəlxalq mahnı müsabiqəsini 2023-cü ildə Ukraynada keçirmək mümkün olmayacaq. AzVision.az xəbər verir ki, bu barədə tədbirin təşkilatçısı Avropa Yayım Birliyi (EBC) məlumat yayıb.
“Obyektiv təhlilin nəticələrinə görə, “Eurovision” mahnı müsabiqəsinin İdarə Şurası təəssüflə belə qənaətə gəlib ki, sözügedən mahnı müsabiqəsinin keçirilməsi, təşkili və prodüserləşdirilməsi üçün yayım şirkətinə lazım olan tələblərə hazırkı şəraitdə riayət oluna bilməz”, - deyə məlumatda qeyd olunub.

AzVision.az



Teqlər:



Xəbər lenti