"Putin mənə heç vaxt deməyib ki, gəl, Ukraynada kimisə öldür"

   "Putin mənə heç vaxt deməyib ki, gəl, Ukraynada kimisə öldür"
  17 İyun 2022    Oxunub:869
Rusiya lideri Vladimir Putin mənbən heç vaxt Ukraynada xüsusi əməliyyatda iştirak etməyi xahiş etməyib. AzVision.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
- Putin mənə heç vaxt deməyib ki, gəl, Ukraynada kimisə öldür və s.- Belarus prezidenti qeyd edib.

O həmçinin söyləyib ki, Qərb Minski Ukrayna münaqişəsinə cəlb etmək istəyir.

- Amma onlar (Qərb - red.) həm Rusiya, həm də Belarusla məşğul olmaq üçün bizi bu münaqişəyə sövq edir və cəbhəni - Sankt-Peterburqdan Rostova qədər bir xətt üzrə daşımağa çalışırlar. 2020-ci ildə uğursuz oldu. Onlar bunu başqa üsullarla etməyə davam edirlər, - Belarus lideri vurğulayıb.

Lukaşenkonun sözlərinə görə, Ukraynada hadisələrin necə inkişaf edəcəyi məlum deyil. Lakin o, Rusiyanın Ukraynada nizamlanma ilə bağlı danışıqlar prosesinə sadiq olduğunu dəqiq bilir.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti