Rusiya prezidenti: "Qərbin “Putinin inflyasiyası” ilə bağlı iddiaları axmaqlıqdır"

      Rusiya prezidenti:    "Qərbin “Putinin inflyasiyası” ilə bağlı iddiaları axmaqlıqdır"
  17 İyun 2022    Oxunub:974
"Son vaxtlar getdikcə daha tez-tez Qərbdə Putin inflyasiyası deyilən şeylər haqqında eşidirəm. Mən bunu görəndə həmişə düşünürəm ki, bu axmaqlıq kimə hesablanıb? Oxuyub yaza bilməyən insanlara? Oxumağı bilən insanlar nə baş verdiyini həqiqətən başa düşürlər".
AzVision.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumunun plenar iclasında çıxışında bildirib. O qeyd edib ki, xüsusi hərbi əməliyyatın Qərb ölkələrindəki inflyasiya təzyiqləri ilə heç bir əlaqəsi yoxdur.

"Bütövlükdə enerji sektorunda qiymətlərin artması, inflyasiya, ərzaq problemi, yanacağın, benzinin qiymətləri ABŞ-ın hazırkı administrasiyasının və Avropa bürokratiyasının iqtisadi siyasətindəki sistemli səhvlərin nəticəsidir.

AzVision.az



Teqlər:



Xəbər lenti