Zelenski və Conson yenidən Kiyevi gəziblər - VİDEO

   Zelenski və Conson yenidən Kiyevi gəziblər -    VİDEO
  17 İyun 2022    Oxunub:1097
Ukrayna prezidenti Vladimir Zelenski və Böyük Britaniyanın baş naziri Boris Conson Britaniya liderinin gözlənilməz səfəri zamanı Kiyevi gəziblər. Bu barədə AzVision.az Ukrayna prezidentinin ofisinə istinadən xəbər verir.
Bildirilir ki, ölkələrin liderləri Müqəddəs Mixail meydanı ilə gəzərək, paytaxtdakı Müqəddəs Mixail Qızıl Günbəzli Monastırını ziyarət ediblər.

Bundan əlavə, Zelenski və Conson Ukraynanın həlak olan qəhrəmanlarının xatirəsini yad ediblər.

Onlar Rusiyanın məhv edilmiş hərbi texnikasının sərgisinə də baxıblar.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti