Ukraynada müharibə: 4 509 mülki şəxs ölüb

   Ukraynada müharibə:    4 509 mülki şəxs ölüb
  18 İyun 2022    Oxunub:1064
Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Ali Komissarlığının (OHCHR) məlumatına görə, Rusiyanın Ukraynaya qarşı müharibəyə başladığı fevralın 24-dən mülki əhali arasında zərərçəkənlərin sayı 10 094 - nəfərə (o cümlədən 4 509 dinc sakinin ölümü - red) çatıb.
Qeyd olunub ki, mülki şəxslər arasında ölüm hallarının və ya yaralananların əksəriyyətinə geniş təsir sahəsinə malik partlayıcı qurğuların istifadəsi, o cümlədən ağır artilleriya və çoxsaylı reaktiv raket sistemlərindən atəşə tutulma, həmçinin raket və hava zərbələri səbəb olub.

BMT-nin təsdiqlənmiş məlumatlarına görə, müharibə zamanı 1 747 kişi, 1 166 qadın, 129 oğlan və 124 qız ölüb, 41 uşağın və daha 1 302 nəfərin (böyüklər) cinsiyyəti hələ müəyyən edilməyib.

Xəsarət alan 5 585 nəfərin 166-sı oğlan, 125-i qız, o cümlədən cinsiyyəti hələ müəyyən edilməmiş 172 uşaqdır.

AzVision.az


Teqlər:



Xəbər lenti