"Ukraynanı tələsik Aİ-yə qəbul etmək olmaz" - AP-nın sədr müavini

   "Ukraynanı tələsik Aİ-yə qəbul etmək olmaz" -    AP-nın sədr müavini
  18 İyun 2022    Oxunub:1229
Lazımi institusional islahatlardan keçmədən Ukraynanın tələsik şəkildə Avropa İttifaqına qəbul edilməsi qanunun aliliyinə xələl gətirə bilər. AzVision.azxəbər verir ki, bunu Avropa Parlamentinin sədr müavini Katarina Barli deyib.
"Ukraynanın Aİ-yə qəbulu onilliklər çəkə bilər" - CNN
Bali qeyd edib ki, Ukrayna qanunun aliliyi, bazar iqtisadiyyatı və korrupsiyaya qarşı mübarizə baxımından bütün islahatlar yolundan keçməlidir.

- İndi biz bunu qanunun aliliyini sistematik şəkildə pozan Macarıstanda görürük. Məsələn, institusional sabitlik, işləyən bazar iqtisadiyyatı və qanunun aliliyi kimi giriş üçün müəyyən edilmiş meyarlara tam riayət edilməlidir.

O, həmçinin qeyd edib ki, Aİ üzvünü birlikdən kənarlaşdırmaq da olmaz. Ona görə də Ukraynanı tələsik qəbul etmək düzgün deyil.

- İndi biz bunu qanunun aliliyini sistematik şəkildə pozan Macarıstanda görürük. Məsələn, institusional sabitlik, işlək bazar iqtisadiyyatı və qanunun aliliyi kimi giriş üçün müəyyən edilmiş meyarlara tam riayət edilməlidir. Əminəm ki, bütün Aİ-yə üzv dövlətlər Ukraynanın quruma daxil olması yolunu hamarlamaq istəyirlər. Bəli, zaman üfüqü ilə bağlı müxtəlif fikirlər var, lakin əsasən hamı məqsəd haqqında yekdildir, - Avropa Parlamentinin sədr müavini qeyd edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Avropa-İttifaqı  



Xəbər lenti