İsrail HƏMAS-ın silah sexi və hərbi postlarını vurdu

   İsrail HƏMAS-ın silah sexi və hərbi postlarını vurdu
  18 İyun 2022    Oxunub:1355
İsrail ordusu dünən gecə baş verən hücuma cavab olaraq Qəzza zolağındakı silah istehsalı obyektləri və HƏMAS hərbi postlarına hava zərbələri endirib. AzVision.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun(ÇAXAL) mətbuat xidməti məlumat yayıb.
İran PUA-sı ABŞ-ın Suriyadakı bazasını vurub
Qeyd edək ki, bir müddət öncə Aşkelon şəhəri yaxınlığında və Qəzza zolağı ilə sərhəddə yerləşən ərazilərdə mümkün raket hücumu ilə bağlı həyəcan siqnalı işə düşüb. İsrail ordusunun mətbuat xidməti Qəzza zolağından İsrail ərazisinə atılan bir raketin hava hücumundan müdafiə sistemi tərəfindən tutulduğunu bəyan edib.

"Bir müddət əvvəl raket atəşinə cavab olaraq İsrail ordusunun döyüş təyyarələri və uçuş aparatları HƏMAS-ın Qəzza zolağında bir sıra terrorçu hədəflərinə hücum edib. Zərbə HƏMAS-ın hərbi postunun daxilində yerləşən silah istehsalı müəssisəsinə və Qəzza zolağında HƏMAS-a məxsus əlavə üç hərbi posta endirilib", - məlumatda deyilir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   HƏMAS   İsrail   Zərbə  



Xəbər lenti