"Katolikosumuz özünə mavzoley tikdirir" - Erməni mediası

   "Katolikosumuz özünə mavzoley tikdirir" -    Erməni mediası
  18 İyun 2022    Oxunub:1467
Ermənistanın katolikosu II Qaregin özünə mavzoley tikdirir. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
II Qareginin prokuror işləyən qardaşı oğlu həbs edildi
“Hraparak” nəşrinin məlumatına görə, ideyası II Qareginə aid olan katolikosların dəfni üçün nəzərdə tutulan xüsusi məzar evi demək olar ki, hazırdır. 25-ə yaxın patriarxın dəfni üçün tikilən bu nəhəng məqbərədə əvvəlcə keçmiş katolikoslar yenidən dəfn ediləcəklər. Gələcəkdə ölən din rəhbərlər də burada basdırılacaq.

Qeyd edilir ki, məqbərənin hazırlanması ilə paralel olaraq, aidiyyəti qurumlar keçmiş din xadimlərini yenidən dəfn etməyə imkanlarının olmadığını başa düşüblər.

"Yesa Artenyan ata bizimlə söhbətində qeyd etdi ki, şamların yandırılması üçün zalın və türbənin tikintisi ilin sonuna kimi başa çatdırılacaq. Biz keşiş Artenyandan məqbərənin tikintisinə nə qədər vəsait xərcləndiyini soruşduqda, o tikinti işlərinin hələ də davam etdiyini, xeyriyyəçinin bunu münasib hesab edəcəyi təqdirdə və işlər bitdikdən sonra açıqlayacaqlarını dedi", - nəşr yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Katolikos   Məqbərə  



Xəbər lenti