İtaliya KİV: “Roma Bakı ilə qaz alışının artırılması ilə bağlı danışıqlar aparır”

      İtaliya KİV:    “Roma Bakı ilə qaz alışının artırılması ilə bağlı danışıqlar aparır”
  18 İyun 2022    Oxunub:1233
İtaliya hakimiyyəti Rusiya qazının tədarükü ilə bağlı problemlərə görə fövqəladə vəziyyətin tətbiqi imkanını nəzərdən keçirir.
Bu barədə ANSA agentliyi məlumat yayıb. Qeyd olunur ki, İtaliyanın Ətraf Mühitin Müasirləşdirilməsi və Transformasiyası Nazirliyi qazın Rusiyadan nəqlinin dayandırılmasının davam edəcəyi halda, gələn həftənin əvvəlində enerji təchizatı sahəsində mövcud xəbərdarlığı “təhlükə” səviyyəsinə qaldıra bilər.

Nazirlik bildirib ki, “təhlükə” səviyyəsi heç bir bazardan kənar tədbirləri nəzərdə tutmur və operatorlardan tədarük zəmanətləri özündə ehtiva edir.

“La Repubblica” qəzetinin yazdığına görə, İtaliya hökuməti artıq qaz istehlakını azaltmaq üçün çalışır. Enerji resursları çatışmazlığı zamanı evlərin, dövlət müəssisələrinin isidilməsi və ya soyudulmasının temperaturu və müddətinə məhdudiyyətlər qoyulacaq, şəhərlərin, eləcə də yolların işıqlandırılması azalacaq.

Eyni zamanda, İtaliya Əlcəzair, Liviya və Azərbaycandan olan tədarükçülərlə alışların artırılması ilə bağlı danışıqlar aparır.

“Hakimiyyət yerli istehsalın artırılmasını da nəzərdən keçirir, lakin onlar başa düşürlər ki, bunun üçün böyük investisiyalar, eləcə də ölkənin bir neçə il əvvəl qadağan etməyə çalışdığı qazma qaydalarına yenidən baxılması lazımdır”-deyə, məlumatda qeyd olunur.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər: İtaliya   Qaz  



Xəbər lenti