Polşadan Rusiyaya qarşı 7-ci sanksiyalar paketi ilə bağlı çağırış

   Polşadan    Rusiyaya qarşı 7-ci sanksiyalar paketi ilə bağlı çağırış
  18 İyun 2022    Oxunub:1212
Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Lukas Yasina Avropa İttifaqını Rusiyaya qarşı yeni sanksiyaları mümkün qədər tez müzakirə etməyə çağırıb.
“Biz sanksiyaların genişləndirilməsindən danışırıq. Hesab edirik ki, yeddinci paketə mümkün qədər tez başlamaq lazımdır. Biz təzyiqi davam etdirməliyik”, o, “Welt am Sonntag” nəşrinə deyib.
Bundan əvvəl Polşanın xarici işlər naziri Zbiqnev Rau avstriyalı həmkarı Aleksandr Şallenberqlə danışıqlardan sonra bildirmişdi ki, Varşava Aİ-yə Rusiya Federasiyasının bütün enerji daşıyıcılarını və banklarını sanksiyalarının yeddinci paketinə daxil etməyi təklif edib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Polşa  



Xəbər lenti