"Danışıqlar avqustda əks-hücumlarımızdan sonra bərpa oluna bilər"
O vurğulayıb ki, Kiyev Moskva ilə sülh danışıqlarını yalnız cəbhədəki mövqeləri gücləndiriləcəyi təqdirdə bərpa edə bilər. Bununla belə, Araxamiya ruslarla öz planlarını paylaşmamaq üçün konkret olaraq söhbətin nədən getdiyini açıqlamayıb.
Danışıqlar qrupunun rəhbəri həmçinin qeyd edib ki, minimum məqbul sövdələşmə "onları ya qovacağımız təqdirdə, ya da qoşunlarının fevralın 24-dək olan mövqelərinə könüllü geri çəkiləcəyi” halda baş tutacaq. Bundan sonra isə bütün suveren ərazilərin, o cümlədən Krımın, Donetsk və Luqansk vilayətlərinin qaytarılmasından danışmaq mümkün olacaq.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


