"“Eurovision-2023” Ukraynada keçirilməlidir" - Boris Conson

 "“Eurovision-2023” Ukraynada keçirilməlidir" -  Boris Conson
  18 İyun 2022    Oxunub:1626
"Ukraynalılar bu il "Eurovision" Mahnı Müsabiqəsində qalib oldular. Mən bilirəm ki, bizim fantastik çıxışımız oldu, ikinci olduq. Müsabiqənin ölkəmizdə keçirilməsini istərdim. Amma fakt budur ki, Ukrayna qalib gəlib və onlar bu müsabiqəni keçirməyə layiqdirlər".
AzVision.az xəbər verir ki, bunu Böyük Britaniyanın baş naziri Boris Conson Kiyevdən döyüşündə jurnalistlərin suallarını cavablandırarkən deyib. O qeyd edib ki, Ukraynada yarış təşkil edə bilər:

"Kiyev və ya Ukraynanın hər hansı digər təhlükəsiz şəhəri "Eurovision"u keçirmək üçün fantastik yer olar".

Qeyd edək ki, Avropa Yayım Birliyi (EBU) 2023-cü ildə "Eurovision" Mahnı Müsabiqəsinin iştirakçıların təhlükəsizliyinin təmin edilməsində çətinliklər səbəbindən Ukraynada keçirilməyəcəyini açıqlayıb. Bildirilib ki, müsabiqənin Böyük Britaniyada keçirilməsi imkanı nəzərdən keçirilir. Bunun üçün Britaniyanın BBC Yayım Korporasiyası ilə danışıqlara başlanıb. Ukraynanın mədəniyyət naziri Oleksandr Tkaçenko öz növbəsində bildirib ki, Kiyev EBU-nun qənaətləri ilə razı deyil və qərara yenidən baxılmasını tələb edəcək.

Aytən Zəhra
AzVision.az


Teqlər: Dron  



Xəbər lenti