Yaşayış binasının raketlə vurulma anı - VİDEO

   Yaşayış binasının raketlə vurulma anı -    VİDEO
  18 İyun 2022    Oxunub:2554
Rusiyanın Ukraynaya hava hücumları ilə bağlı yeni kadrlar yayılıb. AzVision.az xəbər verir ki, xarici KİV döyüş təyyarələrindən endirilən raket zərbəsi nəticəsində Ukraynanın Nikolayev şəhərində yaşayış binasının dağıldığını yazıb.
Ukraynanın elit bölməsi xeyli sayda texnikanı külə döndərdi - VİDEO
"The Sun" videonu dərc edərək görüntülərdə mülki obyektin vurulması anının əks olunduğunu qeyd edib.

Bildirilir ki, Ukraynanın strateji əhəmiyyətli Nikolayev şəhərinə edilən bu raket hücumu nəticəsində bir nəfər ölüb, biri uşaq olmaqla altı nəfər yaralanıb.

Qeyd edək ki, Ukraynada müharibə başlayan gündən Rusiya hava hücumları və raket zərbələrindən daha çox istifadə edir. Nəticədə xeyli mülki obyektə ziyan dəyib.



Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Raket   Bina   Rusiya  



Xəbər lenti