Rusiya hərbi bazasında dəhşətli yanğın olub - VİDEO

   Rusiya hərbi bazasında dəhşətli yanğın olub -    VİDEO
  18 İyun 2022    Oxunub:1950
Rusiyanın Ukraynadakı hərbi bazalarından biri yanaraq kül olub. AzVision.az xəbər verir ki, xarici KİV-də gedən xəbərdə hərbi hissədə güclü yanğının baş verməsini əks etdirən video da dərc olunub.
Təmirə dayanan hərbi texnikaları yandırdılar - VİDEO
Qeyd edilir ki, Ukraynanın işğal altında olan Donetsk bölgəsində Rusiyaya məxsus olan hərbi bazada baş verən yanğının qarşısını almaq mümkün olmayıb. Nəticədə güclü partlayışlar baş verib, hətta ətraf ərazilərə raketlər də səpələnib. Səpələnən raketlər hərbi hissədən kənarda yeni yanğın ocaqları yaradıblar.

Yerli sakinlər də qara tüstü ilə müşayiət olunan yanğını lentə alaraq sosial şəbəkələrdə paylaşıblar.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna   Yanğın  



Xəbər lenti