"İxrac olunan məhsulların brendləşməsi qənaətbəxş deyil" - Nizami Heybətov

 "İxrac olunan məhsulların brendləşməsi qənaətbəxş deyil" -  Nizami Heybətov
  18 İyun 2022    Oxunub:1902
Azərbaycanın meyvə-tərəvəzinin ixracı üçün yeni bazarların axtarılması qarşıda duran əsas hədəfdir
Bunu AzVision.az açıqlamasında Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədr müavini Nizami Heybətov deyib. O bildirib ki, Azərbaycan meyvə-tərəvəzi üçün əsas ixrac bazarı Rusiyadır:

"Məqsədimiz yeni bazarlara çıxışdır və sahibkarlar buun üzərində çalışır. Yeni bazarlar Avropa, Belarus, Ərəb ölkələri ola bilər. Bunların üstündə iş gedir. Artıq bizim bu ölkələrə ixracımız da var".

N.Heybətov məhsullarımızın bredləşməsinin də qənaətbəxş səviyyədə olmadığlnı vurğulayıb:

"Önümüzdə duran hədəflərdən biri də Azərbaycan meyvə-tərəvəzinin brendləşməsidir. Rusiya bazarında Azərbaycan pomidorun olaraq tanınırıq. Amma bunu daha dərinləşdirməliyik və artıq şirkətlər, markalar olaraq brendləşməliyik. Bu, bizə imkan verəcək ki, ixrac etdiyimiz ölkələrdə məhsulumuzun rəqabət qabiliyyətliliyini artıraq. Bu istiqamətdə görüləcək iş çoxdur".

Aytən Zəhra
AzVision.az



Teqlər:



Xəbər lenti