İran qırıcısı qəzaya uğradı: Pilotlar xəstəxanaya yerləşdirilib

   İran qırıcısı qəzaya uğradı:    Pilotlar xəstəxanaya yerləşdirilib
  18 İyun 2022    Oxunub:1746
İran Hərbi Hava Qüvvələrinə məxsus "F14" qırıcı təyyarəsi qəzaya uğrayıb. Hadisə ölkənin mərkəzi hissəsindəki İsfahan əyalətində baş verib və iki pilot yaralanıb.
İranda Aerokosmik Qüvvələrinin üçüncü zabiti öldürüldü
AzVision.az xəbər verir ki, bu barədə "Mehr" xəbər agentliyi məlumat yayıb.

- Şənbə günü səhər saat 10:30-da hərbi təyyarə uçuş həyata keçirən zaman mühərrikdə texniki nasazlıq yaranıb, – ordunun əyalətdəki sözçüsü İran xəbər agentliyinə deyib.

Həmçinin qeyd edilir ki, əsas və ikinci pilot paraşütdən istifadə edərək yerə enə biliblər. Onlar xəstəxanaya yerləşdiriliblər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İran   Qəza   Qırıcı  



Xəbər lenti