İsveç XİN Stokholmda PKK-nın təsvirlərini pislədi
İsveç Xarici İşlər Nazirliyində bildiriblər ki, həmin təsvirlərin yayılması İsveçin NATO-ya daxil olması barədə müraciətinə mane olmaq törədilməsi məqsədilə qəsdən təşkil edilən qərəzli kampaniyadır.
XİN-nin bəyanatında zəruri tədbirlər görülməsi qeyd edilərək deyilir: “Bizim əlimizdə olan məlumatlar və təsvirlər belə güman etməyə əsas verir ki, onlar saxlaşdırılıb və guya İsveçin PKK-nı dəstəkləməsini göstərmək üçün sosial şəbəkələrdə yayılıb”.
Məktubda daha sonra deyilir: “İsveç terror təşkilatı olan PKK-nı, habelə terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyir. Xarici işlər naziri Ann Linde PKK-nı heç vaxt dəstəkləməyib və saxtalaşdırılmış videonu qətiyyətlə rədd edir”.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


