İsveç Rusiyaya görə daha çox haubitsalar alır

   İsveç Rusiyaya görə daha çox haubitsalar alır
  18 İyun 2022    Oxunub:1232
İsveç Rusiyaya görə daha çox 155 mm-lik “Archer” haubitsaları alacaq.
Bu barədə “Defense News” məlumat yayıb. Qəzetin qeyd etdiyi kimi, Fransada “Eurosatory” müdafiə sərgisi zamanı ölkə “BAE Systems” şirkəti ilə müqavilə imzalayıb. Məqalədə İsveçin “Archer”in ilk alıcısı olduğu, bu haubitsalardan 48-nin alınmasını bu yaxınlarda başa çatdırdığı açıqlanıb.

Nəşr bildirib ki, bunun üçün müvafiq maliyyə alınarsa, ABŞ Ordusu oxşar sistemləri əldə edə bilər.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: İsveç  



Xəbər lenti