Ukrayna və Rusiya əsirləri növbəti dəfə dəyişiblər

Ukrayna və Rusiya əsirləri növbəti dəfə dəyişiblər
  18 İyun 2022    Oxunub:1163
Ukrayna və Rusiya növbəti dəfə əsir mübadiləsi həyata keçirib.
AzVision.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Baş Kəşfiyyat İdarəsi bildirib.

Məlumata görə, Əsirlərin Mübadiləsi üzrə Koordinasiya Qərargahı 5-ə 5 düsturuna əsasən 5 vətəndaşı azad edə bilib.

"Sərbəst buraxılanların hamısı qanunsuz saxlanılan mülki şəxslərdir", - Qərargahın açıqlamasında deyilir.

Əsirlərin dəyişdirilməsi ilə yanaşı, ölən ukraynalı əsgərin meyitini geri qaytarmağa nail olunub.

Bundan əvvəl iyunun 10-da Rusiya ilə “5-ə 4” düsturuna əsasən məhbus mübadiləsi aparılıb.

AzVision.az



Teqlər: Ukrayna   Rusiya   Əsir  



Xəbər lenti