İbrahim Kalın: "Türkiyə İsveç və Finlandiyadan konkret addımlar gözləyir."

 İbrahim Kalın: "Türkiyə İsveç və Finlandiyadan konkret addımlar gözləyir."
  18 İyun 2022    Oxunub:1280
Türkiyə İsveç və Finlandiyadan NATO-ya üzv olmaq üçün konkret addımlar gözləyir.
AzVision.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib.

"NATO təhlükəsizlik təşkilatıdır. Bu, azad seçim deyil, yeni üzv olanların prinsiplərə riayət etməsi zərurətidir. Onlar bizim təhlükəsizlik problemlərimizi həll etmək üçün konkret addımlar atmalıdırlar", - Kalın qeyd edib.

Prezidentin sözçüsü əlavə edib ki, Türkiyə İsveç və Finlandiya ilə onların NATO-ya mümkün daxil olması üçün dialoqun davam etdirilməsi imkanını nəzərdən keçirir.

AzVision.az



Teqlər: Kalın   İsveç   Finlandiya  



Xəbər lenti