Argentinada 5,3 ballıq zəlzələ olub

Argentinada  5,3 ballıq zəlzələ olub
  18 İyun 2022    Oxunub:1269
Argentinada 5,3 bal gücündə zəlzələ qeydə alınıb.
AzVision.az xəbər veir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin saytında məlumat verilib.

Qeyd olunub ki, yeraltı təkanların episentri təxminən 1 milyon nəfər əhalisi olan Mendoza şəhərindən 92 km cənubda yerləşib.

Zələzələ yerin 118 kilometr dərinliyində yerləşib.

Sunami təhlükəsi, dağıntı və tələfat barədə məlumat verilməyib.

AzVision.az



Teqlər: Argentina   Zəlzələ  



Xəbər lenti