Rusiya Ukrayna taxılının ixracı şərtlərini AÇIQLADI
"Bu, iki aspektdən vacibdir. Birincisi, Ukraynanın ixrac etdiyi taxıl ölkəni tərk edə bilər. Bu, vacibdir, çünki dünyanın bir çox ölkələri Ukrayna idxalından asılıdır...
Bu plan və ərzaq dəhlizi hətta müharibə dövründə də Ukrayna iqtisadiyyatı üçün vacibdir, lakin daha çox ərzaq təhlükəsizliyi və dünya ərzaq qiymətləri üçün vacibdir”, - Rodriges bildirib.
Eyni zamanda o qeyd edib ki, ilk növbədə BMT Rusiyadan atəşkəs gözləyir.
"Əvvəlcə atəşkəs istəyirik. Konkret olaraq ərzaq departamentindən danışsaq, danışıqlar yüksək səviyyədə davam edir. Amma oradan taxıl daşıyan gəmiləri çıxarmaq düşündüyünüz qədər asan deyil. Rusiya donanması Qara dənizdədi, həmçinin onu da bilirik ki, Ukraynanın öz təhlükəsizliyi üçün sahillərində minalar var. Ona görə də çoxlu danışıqlara ehtiyac var ki, biz bu addımı necə atacağımızla bağlı razılığa gələ bilək”, - Rodriges deyib.
O, həmçinin qeyd edib ki, Rusiya sanksiyaların ləğvində israrlıdır.
“Rusiya Ukraynaya kömək olunarsa, özünün taxıl və dənli bitkilərin ixracına qarşı sanksiyaların aradan qaldırılmasını istəyir.
Beləliklə, danışıqlar yüksək səviyyədə gedir və ümid edirik ki, biz bu problemi həll edə bilərik. Türkiyənin vasitəçilik səyləri BMT-nin baş katibi Antonio Quterreş tərəfindən yüksək qiymətləndirilir”.
Eyni zamanda o vurğulayıb ki, Rusiyanı atəşi dayandırmağa məcbur etmək çox çətindir.
“Rusiya kimi bir ölkə BMT Təhlükəsizlik Şurasının üzvü olanda və başqa bir ölkəni işğal etdikdə, Təhlükəsizlik Şurasının xarakterinə görə o Təhlükəsizlik Şurasının sülhə doğru addım atması və ya atəşkəsi təmin etməsi problemə çevrilir".
Şahanə Rəhimli
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


