Ukraynada rus musiqisinə və Rusiyadan kitab idxalına QADAĞA

   Ukraynada rus musiqisinə və Rusiyadan kitab idxalına    QADAĞA
  19 İyun 2022    Oxunub:1413
Ukrayna Ali Radası ictimai yerlərdə və kütləvi informasiya vasitələrində rus musiqisinin yayımını qadağan edən qanun layihəsini dəstəkləyib. Ali Rada, həmçinin Rusiyadan kitab idxalını və yayılmasını qadağan edib.
AzVision.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Yaroslav Jeleznyak Telegram-da məlumat yayıb.

Ukrayna mediasında və ictimai məkanda rus musiqisinin qadağan edilməsini 303 deputat dəstəkləyib.

"Həmçinin Parlament Rusiya Federasiyasından, onun müvəqqəti işğal etdiyi Ukrayna ərazilərindən və Belarusdan kitab və digər nəşriyyat məhsullarının idxalı və yayılmasını qadağan edib", - Jeleznyak yazıb.

Rus ədəbiyyatının idxalına qadağa 306 deputat tərəfindən dəstəklənib.

AzVision.az


Teqlər:



Xəbər lenti