Fransada parlament seçkiləri - İlkin nəticələr

   Fransada parlament seçkiləri -   İlkin nəticələr
  19 İyun 2022    Oxunub:1104
Fransada parlament seçkilərinin 2-ci turunun ilkin nəticələri açıqlanıb və 54 faiz seçicinin bitərəf qaldığı bildirilir.
AzVision.az xəbər verir ki, Fransada parlament seçkilərinin 2-ci turunda seçicilər 1148 namizəd arasından növbəti 5 il üçün Milli Assambleyanın 577 deputatını seçiblər.

Seçkilərin ilkin nəticələrinə görə, heç bir siyasi partiya səslərin mütləq əksəriyyətini qazana bilməyib. “Ensemble” koalisiyası Milli Assambleyanın 577 kreslosundan 224-nə, “NUPES” koalisiyası 149-na, “Milli Birlik” partiyası 89-na, “sağlar”ın isə 78 kresloya yiyələndiyi ehtimal olunur.

AzVision.az


Teqlər:



Xəbər lenti