Ermənistanda silahlı insident müəmması böyüyür

   Ermənistanda silahlı insident müəmması böyüyür
  20 İyun 2022    Oxunub:862
Ermənistan Polisi bazar günü Araqatsotn bölgəsində bir nəfərin ölümü, altı nəfərin yaralanması ilə nəticələnən silahlı insident barədə məlumat yayıb. AzVision.azxəbər verir ki, polis hadisədə siyasi çalarların axtarılmamasını tövsiyə edib.
Paşinyanı təhqir edənlər güllələndi: İki ölü
"İyunun 19-da Araqatsotn rayonunun Niqavan kəndində bir qrup şəxsin iştirakı ilə insident baş verib ki, bu zaman atəş açılıb. İlkin məlumata görə, ov silahından istifadə olunub. 7 nəfər müxtəlif tibb müəssisələrinə yerləşdirilib. Onlardan biri ölüb. Hadisədə heç bir siyasi motiv yoxdur, insident məişət zəminində baş verib", - polisin açıqlamasında deyilir.

Bildirilir ki, faktla bağlı cinayət işi başlanılıb, genişmiqyaslı əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, parlamentin “Şərəfim var” müxalifət fraksiyasının rəhbəri Artur Vanetsyan hadisə ilə bağlı sosial şəbəkələrdə diqqət çəkən paylaşım etmişdi. O, yaralananlardan birinin Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının əməkdaşı olduğunu yazıb. Keçmiş MTX rəhbərinin sözlərinə görə, zərərçəkənlərdən ikisinin vəziyyəti son dərəcə ağırdır. İki nəfər isə ölüb.

Xatırladaq ki, Ermənistan KİV-i ötən gün axşam saatlarında hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Matevos Asatryanın qohumları və Araqatsotn vilayətinin vitse-qubernatoru Edqar Pırvanyanın əmisi oğlunun bir qrup şəxslə münaqişəyə girdiyini yazmışdı. Silahlı insidentə səbəb isə gənclərin baş nazir Nikol Paşinyanı təhqir etməsi olub. Matevos Asatryan hadisədə iştirakını inkar edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   İnsident   Polis  



Xəbər lenti