Paşinyan Belarusa gedir

Paşinyan Belarusa gedir
  20 İyun 2022    Oxunub:716
Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 20-də Belarusa işgüzar səfərə gedəcək. Hökumətin mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, baş nazir Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edəcək.
Qeyd edək ki, iyunun 20-21-də Qırğızıstanın sədrliyi ilə Minskdə Avrasiya Hökumətlərarası Şurasının iclası keçiriləcək. Bundan əlavə, iyunun 21-də Minskdə Avrasiya İqtisadi Komissiyası Şurasının da növbədənkənar iclası baş tutacaq.

Tural Tağıyev
AzVision.az



Teqlər: Paşinyan  





Xəbər lenti