İlan adasında partlayışlar olub

İlan adasında partlayışlar olub
  20 İyun 2022    Oxunub:1087
Rusiya ordusunun müvəqqəti nəzarətində olan İlan adasında onlarla partlayış səsi eşidilib və ərazidə güclü yanğın başlayıb. AzVision.az xəbər verir ki, bu barədə Odessanın “Dumskaya” saytı məlumat yayıb.
"Bessarabiya sakinləri səhər saat 4:30-da eşidilən partlayışlar barədə sosial şəbəkələrdə məlumat yayıblar. Şahidlər İlan adasına doğru doğru uçan raketlərdən də danışıblar", - məqalədə yazılıb.

Qeyd edək ki, hazırda İlan adasındakı mövcud vəziyyətlə bağlı rəsmi məlumat verilmir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna  



Xəbər lenti