"Rus oliqarxlar 12,5 milyard avrodan çox pul itiriblər" - Die Welt

   "Rus oliqarxlar 12,5 milyard avrodan çox pul itiriblər" -     Die Welt
  20 İyun 2022    Oxunub:1817
Avropa İttifaqının sanksiyaları nəticəsində Rusiya oliqarxları və aidiyyəti qurumları 12,5 milyard avrodan çox dəyərində lüks yaxtalar, helikopterlər, daşınmaz əmlak və digər aktivlərə çıxışı itirib. AzVision.az xəbər verir ki, bu barədə “Die Welt” nəşri Avropa Komissiyasının rəsmi nümayəndəsi Kristian Viqanda istinadən məlumat yayıb.
Finlandiya Rusiyaya məxsus 21 yaxta saxlayıb
Viqand deyib ki, Rusiya oliqarxlarının dondurulmuş aktivlərinin məbləği apreldə 6,7 milyard avro idisə, indi bu rəqəm 12,5 milyard avrodan çox olub.

O, dondurulmuş aktivlərin bu qədər kəskin artımını onunla əlaqələndirib ki, son həftələr xüsusilə Almaniyada rus oliqarxlarına məxsus bir çox obyektlər aşkarlanaraq bloklanıb.

Tural Tağıyev
AzVision.az




Teqlər:   Oliqarx   Rusiya  



Xəbər lenti