"Rusiyanın Ukrayna taxılını blokadaya alması hərbi cinayətdir"

   "Rusiyanın Ukrayna taxılını blokadaya alması hərbi cinayətdir"
  20 İyun 2022    Oxunub:859
Rusiyanın Ukrayna taxıl ixracını blokadaya alması hərbi cinayətdir. AzVision.az xəbər verir ki, bunu Avropa Komissiyasının vitse-prezidenti, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Cosep Borrell deyib.
Borrell Aİ Şurasının xarici işlər nazirləri səviyyəsində keçirilən iclasından əvvəl bəyan edib ki, Rusiyanın Kiyevə qarşı başlatdığı müharibənin nəticələri təkcə Ukrayna üçün deyil, bütün dünya üçün çox təhlükəli hala çevrilir. Çünki xüsusilə Afrikada böyük aclıq təhlükəsi yaranıb.

- Heç kim təsəvvür edə bilməzdi ki, bütün dünyada insanlar aclıqdan əziyyət çəkən bir vaxtda Ukraynada milyonlarla ton taxıl blokadada qalacaq. Bu, əsl müharibə cinayətidir. Ona görə də bu durumun daha çox davam edəcəyini təsəvvür edə bilmirəm. Əks halda, ağır durum yaranacaq ki, məsuliyyəti Rusiya daşıyacaq, - Borrell vurğulayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Ukrayna   Taxıl  



Xəbər lenti