Bursada qəza: İki ölü

Bursada qəza:    İki ölü
  20 İyun 2022    Oxunub:2013
Bursada sürücüsü idarəetməni itirən beton qarışdıran maşın qarşı zolağa keçərək digər avtomobilin üzərinə aşıb. İlkin məlumata görə, qəza nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.
Hadisə yerli vaxtla 11:30-da baş verib. Mehmet Əli Qorxmazın idarə etdiyi 16 APK 709 dövlət nömrə nişanlı avtomobilin üzərinə betonqarışdıran maşın düşüb. Qəzadan sonra avtomobil yararsız hala düşüb. Betonqarışdıran sürücüsünün yaralandığı qəzada avtomobildə olan 2 nəfər ölüb, 2 nəfər yaralanıb. Qəza ilə bağlı araşdırmalar davam edir.

AzVision.az


Teqlər:



Xəbər lenti